Avropa çempionatı: Eldəniz Əzizli qızıl medalın sahibi oldu

09:33 3 Aprel 2022

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir. 

Azərbaycanın 5 yunan-Roma güləşçisi medal görüşünə çıxıb.

Eldəniz Əzizli (55 kq) finalda gürcüstanlı Nuqzari Tsurtsumiaya 8:2 hesabı ilə qalib gələrək karyerasında ikinci dəfə Avropa çempionu olub.

 Taleh Məmmədov (63 kq) isə digər Gürcüstan təmsilçisi  Leri Abduladze ilə üz-üzə gəlib. 1:3 hesabı ilə uduza idmançımız turniri gümüş medalla başa vurub.

Sənan Süleymanov (77 kq) təsəlliverici görüşdə litvalı Mantas Sinkeviçyusa ilk hissədə tam üstünlüklə (8:0) qalib gəlib.  Süleymanov bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Həmyerlimiz həlledici görüşdə isveçli Albin Olofssonla qarşılaşıb və 5:0 hesablı qələbəylə Avropa çempionatının bürünc medalına sahib çıxıb. 

 İslam Abbasov (87 kq) bürünc medal qarşılaşmasında  bolqar Yoan Dimitrovla mübarizə aparıb və 5:1 hesablı qələbəylə Avropa üçüncüsü olub.

130 kq çəki dərəcəsində  Beka Kandelakin bürünc uğrunda rəqibi Dariuş Attila Vitek olub və 1:4 hesabı ilə uduzub.


Digər xəbərlər

Xəbər xətti