"Kəpəz" yeni avtobus aldı

17:38 1 Mart 2024

"Kəpəz" üçün alınan avtobus kluba təhvil verilib.

Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Avtobus əsas komandanın istifadəsində olacaq. Avtobus klubun rənglərinə uyğun formada bəzədilib, üzərində Kəpəz dağı əks olunub.

Avtobus Futbolun İnkişafı Fondunun "Kəpəz 100k" layihəsindən yığılan maliyyə və klubun vəsaiti hesabına alınıb. "Kəpəz" üçün əldə olunan nəqliyyat vasitəsi ilə bağlı maliyyə hesabatı yaxın zamanda ictimaiyyətə təqdim olunacaq. 


Xəbər xətti