Avropa çempionatı: Məhəmmədxan Məhəmmədov Azərbaycana qızıl medal qazandırdı

10:19 30 Mart 2022

Azərbaycan sərbəst güləşçisi Məhəmmədxan Məhəmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Sportarena.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançımız qızıl medal uğrunda qarşılaşmada macarıstanlı Vladislav Bayçayevlə qarşılaşıb.

O, rəqibini 11:5 hesabı ilə məğlub edərək qızıl medala yiyələnib.

Ondan əvvəl isə Əliabbas Rzazadə, Hacı Əliyev, Əşrəf Əşrəfov final görüşündə uduzaraq gümüşlə kifayətlənmişdi.


Xəbər xətti