Avropa çempionatı: Hacı Əliyev finala vəsiqə qazandı

21:13 28 Mart 2022

Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında finala yüksəlib.

Sportarena.az xəbər verir ki, 65 kq-da mübarizə aparan Hacı Əliyev yarımfinalda moldovalı Maksim Sakultanla üz-üzə gəlib.

Rəqibini 12:2 hesabı ilə məğlub edən 3 qat Avropa və 3 qat dünya çempionu qızıl medal uğrunda qarşılaşmada macarıstanlı İsmail Musukayevi sınağa çəkəcək.

​Bundan əvvəl Əliabbas Rzazadə 57 kq dərəcəsində finala vəsiqə qazanmışdı.


Digər xəbərlər

Xəbər xətti