AFFA "Səbail" və "Kəpəz"i cərimələdi

17:00 4 Fevral 2021

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
 

Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

 

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt” – “Səbail” oyununda “Səbail”in kollektivi stadiona gec gəldiyinə görə klub 800 manat cərimə olunub.

 
1/4 final mərhələsinin “Keşlə” – “Kəpəz” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. 


Digər xəbərlər

Xəbər xətti