"Məqsədim Azərbaycanda daha yaxşı komandada oynamaqdır" - MÜSAHİBƏ

16:36 13 Avqust 2019

“Sumqayıt”ın yeni transferi Mehdi Şərifi varzesh3.com saytına müsahibə verib.

 

Sportarena.az İran millisində oynamış 26 yaşlı hücumçunun müsahibəsini təqdim edir:

 

 

- Yeni klubununz “Sumqayıt” barədə bilgi verin.

- Möhtəşəm komandadır və futbolçuların çoxu yerlidir. Onların çoxu Azərbaycanın gənclər milli komandasında oynayır və şanslarını gözləyir. Klub gənc futbolçuları yetişdirib, daha böyük komandalara satır. 

 

- Şərait necədir?

- Klub bazası çox yaxşıdır. Komandamızın məşq meydançaları belə İrandakı stadionlara bərabərdir. Həqiqətən də əladır. İran komandaları hətta bizim üçüncü stadionda rəsmi oyun keçirə bilər. Təchizat baxımından hər şey yaxşıdır. Burada yaxşı şəhər həyatı var. Mən hazırda oteldəyəm, vəziyyətdən həzz alıram.

 

- Bir çox iranlı futbolçu “Sumqayıt”da çıxış edib.

- Peyman Babayi burdadır. Mövsümün ikinci yarısında 7-8 qol vurdu. Ancaq burada İran liqası barədə məlumatlı deyillər, klubları yaxşı tanımırlar. Ancaq Peymanın gəlişindən sonra vəziyyət dəyişib, İran klubları ilə maraqlanırlar.

 

- Baş məşqçi ilə söhbət etmisiniz?

- İlk gündən mənimlə yaxından maraqlanır. O, komandada hər kəsin özünü rahat hiss etməsini təmin edir. Hücumun sağ və sol cinahlarında oynayıram. Komandanda üç hücumçu var və bir-birimizə yaxın futbolçularıq. Maraqlı olan xüsusi taktiki keyiffəytlərimiz var.

 

- “Persepolis”dən niyə ayrıldınız?

- Kalderon baş məşqçi gələndən sonra əcnəbi hücumçu alınmasında israr etdi və bizi görmək istəmirdi. Türkiyəyə yollandıq, hazırlıqlarda çox yaxşı idim. İrana qayıdanda vəziyyətin nə yerdə olduğunu dedilər. Gedənlərin siyahısında olduğumu bildim.

 

- Bundan şikayətləndiniz? Çünki ayrılığı sizə çox gec dedilər.

-  Xeyr, şikayət edəcək kimimsə yoxdur. Həqiqətən də çətin idi, artıq geridə qaldı. Bu barədə danışmamalı və hörmət etməliyəm. Digər futbolçular məndən 20 gün öncə ayrıldı və daha çox zamana sahib oldular.

 

- Azərbaycan futbolunda hədəfiniz nədir?

- Burada çox futbolçuya nəzər yetirəndə daha çox şey gördüyümü düşünürəm. Futbolçuların keyfiyyəti hər şeyi deyir. Məqsədim Azərbaycanda daha yaxşı komandada oynamaqdır.


Digər xəbərlər

Xəbər xətti