Sabiq “Qarabağ”lı: “Valideynlərim Azərbaycan vətəndaşı olmağıma qarşı çıxdılar” - MÜSAHİBƏ

12:15 3 Aprel 2019

“Qarabağ”ın sabiq hücumçusu Yaroslav Deda Ukrayna mətbuatına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun martda “Karpatı”ya satdığı 19 yaşlı futbolçu Azərbaycandakı karyerasından da danışıb:

 

- Azərbaycan tamam fərqli mədəniyyətə və mentalitetə malik ölkədi. Oradakı həyatın, insanların münasibəti ilə bağlı nə deyə bilərsən?

- Azərbaycanda paytaxt Bakıda yaşayırdım. Çox gözəl və maraqlı şəhərdi, insanları çox mehribandılar. Vaxtımın çox hissəsini komanda ilə birlikdə keçirirdim, filmlərə gedirdik. Demək olar ki, bütün komanda yoldaşlarım rus dilində danışmağı bacarırdı, bəziləri bilmirdi.

- Şərq mətbəxi necədi?

- Əvvəlcə orada yerli mətbəxə alışmaq çox çətin idi, amma sonradan alışdım.

- Sizə Azərbaycan vətəndaşlığı təklif etmişdilər?

- Bəli. 2017-ci ilin qışında ölkəmə getməzdən əvvəl belə bir təklif almışdım. Əvvəl bunu düşündüm. Valideynlərimlə məsləhətləşmək üçün vaxt istədim. Düzünü desəm, valideynlərim buna qarşı çıxdılar, mən də vətəndaşlığımı dəyişmək istəmədim. Mən ukraynalıyam. Bu ölkənin yığma komandasında çıxış etmək istəyirəm. Artıq fərqli yaş qrupları üçün oynamışam. Milli komandada oynamaq üçün əlimdən gələni edəcəm.

- Səni orda gənclər, yoxsa əsas millidə oynatmaq istəyirdilər?

- Gənclər millisində.

- Gənclər arasında Azərbaycan çempionatının səviyyəsini necə qiymətləndirirsən?

- Çox zəifdi. Səviyyə hətta Ukrayna gənclər liqasından da aşağıdır.

- Orada neçə oyun keçirdin?

- “Qarabağ”ın U-21-də 4 oyuna çıxdım. Çox vaxt çempionluq üçün mübarizə aparan U-19 komandası ilə oynayırdım. 15 oyunda 23-24 qol vurmuşdum. Bəzən bir oyunda 2-3 dəfə fərqlənirdim. Hücumun mərkəzində, cinahlarda, harda tapşırsalar, orda oynayırdım.

- Niyə “Qarabağ”dan ayrıldın?

- Orda oynamaq istəmədim, rəhbərlikdən xahiş etdim ki, müqaviləmi ləğv etsinlər. Onlar da bunu mövsümün sonunda edə biləcəklərini dedilər. 2018-ci ilin mayında vətənə qayıtdım.

- Qarşılıqlı razılıqla müqavilənizə xitam verildi?

- Xeyr, onunla bağlı razılığa gələ bilmədik, “Karpatı” məni aldı.


Digər xəbərlər

Xəbər xətti