Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

16:12 27 İyun 2016

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib. 


Sportarena.az xəbər verir ki, bu yarışlarda Azərbaycanı böyüklər proqramında Yuliya Solovyova, gənclər arasında isə Dərya Farşbafşəhriyari, Darya Sorokina və Yelizaveta Luzan təmsil ediblər.

Beynəlxalq arenada debüt edən Yuliya Solovyova topla final çıxışında medalın bir addımlığında dayanıb.


Gənc gimnast Darya Sorokinanın gürzlərlə final çıxışı ona qızıl medal qazandırıb, topla çıxışına görə isə, o, “gümüşlə” mükafatlandırılıb. Dərya Farşbafşəhriyari isə finalda iplə çıxış edərək, 3-cü yerlə kifayətlənib.


Turnirlə yanaşı təşkil olunan “Baby Cup” adlı yarışlarda isə, Dərya Farşbafşəhriyari çoxnövçülükdə 1-ci olub.


Xəbər xətti