İdmançımız Dünya Kubokunda qızıl medal qazanıb

23:49 26 Mart 2016

Azərbaycan gimnastı Oleq Stepko Dohada keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qollarda hərəkətlərdə qızıl medal qazanıb.

Sportarena.az xəbər verir ki,  bu barədə Dünya Kuboku yarışlarının rəsmi saytında məlumat verilir. Finalda idmançımız 15.825 xal toplayıb. Digər Azərbaycan gimnastı Petro Paxnyuk isə 14.450 xalla yeddinci olub.

Oleq Stepko gimnastika atında hərəkətlərdə isə bürünc medal qazanıb. 


Digər xəbərlər

Xəbər xətti