Atletimiz beynəlxalq yarışda birinci oldu

01:12 26 Yanvar 2016

Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində Olimpiya çempionu Olqa Rıpakovanın mükafatı uğrunda yüngül atletika üzrə keçirilən beynəlxalq yarışda Azərbaycan idmançısı qızıl medal qazanıb.

Sportarena.az xəbər verir ki, 800 və 400 metr məsafələrə qaçış yarışlarında ölkəmizi müvafiq olaraq Hakim İbrahimov və Arif Abbasov təmsil ediblər. Hakim İbrahimov 1 dəqiqə 54.89 saniyəlik nəticə ilə bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. A.Abbasov isə 49.19 saniyəlik nəticə ilə beşinci yerdə qərarlaşıb.
Qeyd edək ki, hər iki idmançı beynəlxalq yarışda şəxsi nəticələrini yeniləyiblər.

 


Digər xəbərlər

Xəbər xətti