"Şəhriyar Məmmədyarov daha şanslıdır" - Gennadi Sosonka

15:53 23 Sentyabr 2015

Tanınmış şahmat mütəxəssisi Gennadi Sosonka Dünya Kubokunun mətbuat xidmətinə açıqlamasında bu gün 1/4 final mərhələsində start götürəcək Şəhriyar Məmmədyarov - Sergey Karyakin görüşü haqda fikrini bildirib. Sportarena.az xəbər verir ki, o, bu dueldə Məmmədyarovu daha şanslı hesab edir:

 

"Hər iki şahmatçı böyük təcrübəyə malikdir. Məmmədyarov uzun müddətdir Azərbaycan yığmasında çıxış edir. Karyakin Rusiya millisində əsas şahmatçılardan sayılır. Bakıdakı görüş fərqlidir. Əgər Dünya Kubokunda göstərilən oyunu nəzərə alsaq, fikrimcə Məmmədyarov daha şanslıdır. Proqnoz vermək çətin olsa da, məncə, Şəhriyar Karyakini üstələyə bilər. Şanslar 55%-in 45%-ə nisbətidir, təbii ki, Məmmədyarovun xeyrinə".

 

Qeyd edək ki, tərəflər iki dəfə qarşılaşacaq. Qalib məlum olmasa, duelin taleyi tay-brekdə həll olunacaq. Dünya Kubokuna oktyabrın 5-də yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti