Azərbaycanlı idmançı erməni rəqibini nokauta saldı

18:20 23 Mart 2015

Gürcüstanın paytaxtı Tiflisdə peşəkar kikboksinqin K-1 versiyasi üzrə Dünya Kuboku uğrunda döyüşlər keçirilib.

 

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisi yarışa 3 idmançı ilə qatılıb.

 

Ölkəmizi Dünya Kubokunda Nicat Nəcəfzadə (45 kq), Nicat Vəliyev (75 kq) və Xəyal Əhmədov (86 kq) təmsil edib. Kikboksçularımızın hər üçü döyüşlərini qələbəylə başa vurub.

 

Yarışda Əhmədovun qələbəsi isə xüsusi qeyd olunmalıdı. Erməni idmançı Qoçaryanla qarşılaşan Xəyal rəqibini bütün komponentlərdə üstələyərək parlaq qələbə qazanıb. Erməni kikboksçu Əhmədovun zərbələri önündə 2-ci raundun ortalarına qədər davam gətirə bilib. Rəqibini nokauta salan həmyerlimiz Dünya Kubokuna sahib çıxmaqla, azarkeşlərinə özünəməxsus Novruz bayramı hədiyyəsi edib.

 


Digər xəbərlər

Xəbər xətti