Cavadov oynadı, komandası məğlub oldu

01:15 23 Fevral 2015

Türkiyə PTT I Lqasında XXI turun növbəti oyunları keçirilib.

 

 

Sportarena.az xəbər verir ki, millimizin futbolçusu Vaqif Cavadovun formasını geyindiyi "Boluspor" səfərdə meydana çıxıb. Təmsilçimizin komandası liderlər qrupunda qərarlaşan “Adana Dəmirspor”la üz-üzə gəlib. Qarşılaşmada meydan sahibləri Bolu klubunu 1:0 hesabı ilə məğlub edib. Bu görüşdə Cavadov ötən tur "Samsunspor"la oyundan fərqli olaraq, meydana çıxma şansı qazanıb. Yığmamızın üzvü son 12 dəqiqə oynayıb.

Qeyd edək ki, aktivində 27 xal olan "Boluspor" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır. 

 


Xəbər xətti