Şükürov oynamadı, komandası məğlub oldu

18:29 22 Fevral 2015

Türkiyə PTT 1-ci Liqasında 21-ci turun oyunları keçirilib.

 

 

Sportarena.az xəbər verir ki, Mahir Şükürovun şərəfini qoruduğu "Karşıyaka" da növbəti matçına çıxıb. Komanda səfərdə "Şanlıurfaspor"la qarşılaşıb.

 

Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Mahir cəzalı durumda olduğundan bu qarşılaşmada iştirak etməyib.

 

Qeyd edək ki, "Karşıyaka" turnir cədvəlində 30 xalla 8-ci pillədə qərarlaşıb

 


Xəbər xətti