Yunan-Roma güləşçilərimiz Dünya Kubokunun qalibi oldu - VİDEO

23:49 20 Fevral 2015

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən yunan-Roma güləşi üzrə böyüklərin Dünya Kubokuna yekun vurulub. 

 

Sportarea.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak ediblər. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə A qrupunda mübarizə aparıblar.

 

B qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları qüvvələrini sınayıblar. Qrupdakı hər 3 görüşündən qalib ayrılan güləşçilərimiz finalda Rusiya ilə üz-üzə gəliblər. Gərgin mübarizə şəraitində keçən qarşılaşma 4:4 bərabərliklə tamamlansa da, xal hesabında 18:17 üstün olan Azərbaycan yığması Dünya Kubokunun qalibi olub. Yunan-Roma güləşçilərimiz Azərbaycan idman tarixində ilk dəfə Dünya Kubokunun qızıl medallarına sahib çıxıblar.

 

Azərbaycan-İran 6:2
59 kq - Rövşən Bayramov - Mohsin Hacıpur 3:4

66 kq - Həsən Əliyev - Afşin Biabanqard 5:0

71 kq - Rəsul Çunayev - Ramin Taheri 4*:4

75 kq - Elvin Mürsəliyev - Yusif Əkbəri 2:0

80 kq - Rafiq Hüseynov - Həbibulla Əxlaqi 5:4

85 kq - İslam Abbasov - Mojtaba Kərim Fard 10:4

98 kq - Orxan Nuriyev - Mehdi Əliyari 0:1

130 kq - Sabah Şəriəti - Behnam Mahdi Zade 8:0 

 

Azərbaycan-Almaniya 7:1 
59 kq - Elman Muxtarov - Deniz Menekse 9:3

66 kq - Həsən Əliyev - Mattias Maasch 1:0

71 kq - Rüstəm Əliyev - Maksmilian Şvabe 8:0

75 kq - Elvin Mürsəliyev - Jan Rotter 5:1

80 kq - Rafiq Hüseynov - Paskal Eysele 3:0

85 kq - Şəhriyar Məmmədov - Jan Fischer 2:0

98 kq - Orxan Nuriyev - Feliks Radinqer 2:3

130 kq - Sabah Şəriəti - Eduard Popp 1:0 

 

Azərbaycan-İsveç 7:1
59 kq - Elman Muxtarov - Joakim Fagerlund 5:0

66 kq - Kamran Məmmədov - Frunze Harutunyan 6:2

71 kq - Rəsul Çunayev - Şarur Vardanyan 4:0 (tuşe)

75 kq - Elvin Mürsəliyev - Robert Rosengren 8:0

80 kq - Rafiq Hüseynov - Lenni Persson 8:0

85 kq - İslam Abbasov - Jim Pettersson 2:0

98 kq - Orxan Nuriyev - Teodoros Tounusidis 2:1

130 kq - Sabah Şəriəti - Johan Euren 0:2


Azərbaycan-Rusiya 4:4 (18:17)
59 kq - Elman Muxtarov - Z.Kabaloyev 2:3

66 kq - Həsən Əliyev - A.Surkov 5:1

71 kq - Rəsul Çunayev - Çingiz Labazanov 2:0

75 kq - Elvin Mürsəliyev - Roman Vlasov 0:8

80 kq - Rafiq Hüseynov - E.Saleyev 2:1

85 kq - İslam Abbasov - Davit Çakvetadze 5:0 (təmiz qələbə)

98 kq - Orxan Nuriyev - Nikita Melnikov 0:5

130 kq - Sabah Şəriəti - S.Semyonov 1:2

 


Digər xəbərlər

Xəbər xətti