“Şaxta Babaya məktub yazmışam ki, bizə baş məşqçi gətirsin” - AÇIQLAMA

01:23 31 Dekabr 2014

“Əfqan Talıbov öncə bizimlə anlaşmışdı. Lakin sonradan gəlib dedi ki, “Qaradağ Lökbatan”la razılaşmışam, gedirəm”. Bu sözləri “Turan Tovuz”un prezidenti Namiq Məstanov deyib.

 

Klub prezidenti bir həftə əvvəl Əfqan Talıbovla görüşüb razılaşdıqlarını deyib. Məstanov bildirib ki, Əfqan Talıbov “Qaradağ Lökbatan”a gedəcəyini də ilk dəfə ona söyləyib: “Əfqan müəllimlə artıq qış fasiləsinin proqramını müzakirə etmişdik. Yanvarın ilk günlərində komandaya təqdim edilməli idi. Bundan əlavə, kollektiv ayın ortalarında təlim-məşq toplanışı üçün yığışmalı idi. Hətta bir həftəlik Gürcüstana yollanmağı da planlaşdırmışdıq. Lakin sonra Əfqan müəllim yenə mənimlə görüşmək istədiyini dedi. Budəfəki görüşdə isə “Qaradağ Lökbatan”dan təklif aldığını bildirdi. Dedi ki, istəməsəz qala da bilərəm. Düzü, “Qaradağ Lökbatan”ın təklif etdiyi maaşla bizim təklifimiz arasında heç bir fərq yox idi. Sadəcə, Əfqan müəllim ailəsinə yaxın olmaq üçün Bakıda yaşamaq istədiyini dedi, mən də ona uğurlar arzuladım”.

 

“Turan Tovuz” artıq baş məşqçi axtarışlarına başlayıb. Namiq Məstanov isə bunun üçün hətta Şaxta Babaya da “müraciət edib”: “Şaxta Babaya məktub yazmışam ki, bizə kömək eləsin. Görək Latlandiyadan kimi gətirəcək. Zarafat bir yana, hələ bu məsələ ilə bağlı qərar verməmişik. Yəqin ki, yanvarın ilk həftəsində yeni baş məşqçimiz bilinər”.

 

Qeyd edək ki, “Turan Tovuz” I divizionun ilk dövrəsini 6-cı pillədə başa vurub. (apasport)


Digər xəbərlər

Xəbər xətti