Çempionlar Liqası: "Real" və "Mançester Siti" 1/4 finalda

09:00 7 Mart 2024

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti görüşləri baş tutub.

Sportarena.az xəbər verir ki, "Mançester Siti" "Kopenhagen"i sınağa çəkib. "Şəhərlilər" ilk görüşdə məğlub etdiyi rəqibini yenə də eyni hesabla udub.

"Real" isə daha çətin anlar yaşayıb. Belə ki, "Leypstiq"in üstünlüyü ilə keçən görüşdə madridlilər 1:1 hesablı bərabərliyə imza ataraq, 1/4 finala vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
cavab oyunları
6 mart
"Mançester Siti" (İngiltərə) - "Kopenhagen" (Danimarka)3:1
Qollar
: M.Akanji, 5, J.Alvarez, 9 - M.Əlyunisi, 29. E.Haaland, 45+3
İlk oyun 3:1

"Real" (İspaniya) - "Leyptsiq" (Almaniya) 1:1
Qollar
: Vinisius, 65, V.Orban, 65
İlk oyun 1:0 


Digər xəbərlər

Xəbər xətti