Messi dubl etdi, "İnter Mayami" qələbə qazandı - VİDEO

12:40 3 Mart 2024

"İnter Mayami" MLS-də üçüncü turun matçına çıxıb.

Sportarena.az xəbər verir ki, Lionel Messinin də formasını geyindiyi klub "Orlando Siti"ni qəbul edib və rəqibini 5:0 hesabı ilə məğlubiyyətə uğradıb. 

Argentinalı ulduz futbolçu bu görüşdə dublla yadda qalıb. "İnter Mayami"nin digər ulduz oyunçusu Luis Suarez də dubla imza atıb. 

"İnter Mayami" 3 turdan sonra 7 xalla liderdir. 

 


Digər xəbərlər

Xəbər xətti