Bu gün İstanbul derbisi var

12:22 3 Mart 2024

Türkiyə Superliqasında 28-ci turun oyunları davam edir.

Sportarena.az xəbər verir ki, turun mərkəzi matçı bu gün keçiriləcək. 

"Beşiktaş" öz meydanında əzəli rəqiblərindən olan "Qalatasaray"ı qəbul edəcək. İstanbul derbisi Bakı vaxtı saat 20:00-da başlayacaq.

Hazırda "Qalatasaray" 72 xalla 2-ci, "Beşiktaş" 46 xalla 4-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 78 xalla "Fənərbaxça" başçılıq edir. 


Digər xəbərlər

Xəbər xətti