Messi “The Best”də kimlərə səs verib?

14:09 16 Yanvar 2024

“The Best” mükafatının qalibi olan Lionel Messinin səsvermədə kimlərə səs verdiyi müəyyənləşib.

Sportarena.az xəbər verir ki, argentinalı forvard əsas rəqibi olan “Mançester Siti”nin hücumçusu Erlinq Halandı ən yaxşı hesab edib. O, PSJ-dəki sabiq komanda yoldaşı Kilian Mbappeni ikinci, Argentina millisindəki komanda yoldaşı Xulian Alvaresi isə üçüncü yerə layiq bilib.

Qeyd edək ki, Messinin qalib gəldiyi “The Best” sorğusunda Erlinq Haland 2-ci, Kilian Mbappe 3-cü yeri tutub. 


Xəbər xətti