Premyer Liqa tarixində ilk

13:20 15 Yanvar 2024

“Aston Villa” İngiltərə Premyer Liqasının XXI turunda səfərdə “Everton”la heç-heçə edib - 0:0.

Sportarena.az xəbər verir ki, bununla “Aston Villa”nın baş məşqçisi Unay Emerinin seriyası qırılıb. Belə ki, ispaniyalı mütəxəssisin rəhbərlik etdiyi komanda ilk dəfə Premyer Liqada qolsuz bərabərə qalıb. Bu isə onun 98-ci görüşündə reallaşıb. Emeri ardıcıl 97 oyunda komandası qolsuz heç-heçə etməyən ilk mütəxəssis kimi Premyer Liqa tarixinə düşüb.

Qeyd edək ki, “Aston Villa” hazırda 43 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.  


Xəbər xətti