İngiltərə çempionatı: Mançesterdə qollu bərabərlik

22:57 14 Yanvar 2024

İngiltərə Premyer Liqasında XXI turun oyunları davam edir.

Sportarena.az xəbər verir ki, turun diqqətçəkən görüşlərindən biri Mançesterdə baş tutub.

“Mançester Yunayted” “Tottenhem”i qəbul edib. “Qırmızı şeytanlar” dogma arenada iki dəfə hesabda önə keçməsinə baxmayaraq, sonda heç-heçəyə razılaşmalı olub – 2:2.

Bu bərabərlikdən sonra “Tottenhem” 40 xalla 5-ci, “Mançester Yunayted” 32 xalla 7-ci pillədədi. 


Xəbər xətti