Messi ilə qonşu oldu, evinin qiyməti 25 milyon artdı

22:58 7 Yanvar 2024

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messinin qonşusu Patrik Bet-David maraqlı açıqlama verib.

Sportarena.az xəbər verir ki, o, Messiylə qonşu olduqdan sonra evinin qiymətinin iki dəfə artdığını söyləyib. 

Onlar Mayamidə Fort-Loderdeyl kurort şəhərinin sahilində qonşudurlar.

“Mən evimi 20 milyon dollara almışam. Messi gələndən sonra isə ev 45 milyon dollar dəyərində olub. Beləliklə, kapitalımı 25 milyon dollar artırmışam. Messi bu rayona köçdükdən sonra hamı burada yaşamaq istəyir. Bura tək girişi olan hasarlanmış ərazidir. Bu, çox təhlükəsiz və qorunan ərazidir. İndi Messi buradadır. İnsanlar onu görmək ümidi ilə qayıqlarla bura gəlirlər” - deyə o qeyd edib. 


Xəbər xətti