Futbol tarixinin ən uğursuz transferləri - SİYAHI

14:20 7 Yanvar 2024

“Give me Sport” nəşri futbol tarixinin ən uğursuz transferlərini açıqlayıb.

Sportarena.az xəbər verir ki, siyahıya 11 futbolçu salınıb. Həmin oyunçulardan bəziləri karyeralarını bitiriblər.

Futbol tarixinin ən uğursuz 11 transferi:

Filipp Koutinyo: “Liverpul”dan “Barselona”ya (2019-cu il – 121,5 milyon funt-sterlinq).

Antuan Qrizmann: “Atletiko”dan “Barselona”ya (2019-cu il - 108 milyon).

Eden Azar: “Çelsi”dən “Real”a (2019-cu il - 103 milyon).

Romelu Lukaku: “İnter”dən “Çelsi”yə (2021-ci il – 97,5 milyon).

Aleksis Sançes: “Arsenal”dan “Mançester Yunayted”ə (2018-ci il - Henrix Mxitaryanla dəyişdirilib).

Andrey Şevçenko: “Milan”dan “Çelsi”yə (2006-cı il – 39,5 milyon).

Conatan Vudqeyt: “Lids”dən “Real”a (2004-cü il - 16 milyon).

Anxel Di Mariya: “Real”dan “Mançester Yunayted”ə (2014-cü il - 60 milyon).

Endi Kerroll: “Nyukasl”dan “Liverpul”a (2011-ci il - 35 milyon).

Fernando Torres: “Liverpul”dan “Çelsi”yə (2011-ci il - 50 milyon).

Mario Balotelli: “Milan”dan “Liverpul”a (2014-cü il - 16 milyon). 


Xəbər xətti