PSJ-nin keçmiş baş məşqçisi həbs oluna bilər

19:20 16 Dekabr 2023

Nitsa prokurorluğu PSJ-nin keçmiş baş məşqçisi Kristof Qaltyenin irqçilik ittihamı ilə bir illik şərti cəzaya məhkum edilməsini istəyib.

Sportarena.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri xəbər verir. Bundan əlavə, ittiham tərəfi 57 yaşlı fransalı mütəxəssisin 3 il müddətinə diskvalifikasiya edilməsini tələb edir. Onu 45 min avro cərimə də gözləyir.

Aprelin 12-də məlum olub ki, Qaltye “Nitsa”da işləyərkən keçmiş klub direktoru Julien Fournierə elektron məktub göndərərək, komandada çoxlu qaradərililərin və müsəlmanların olmasının yolverilməzliyinə işarə edib.

Qeyd edək ki, Qaltye 2022-ci ilin iyulundan 2023-cü ilin iyuluna kimi PSJ-yə rəhbərlik edib. Bundan əvvəl o, “Nitsa”, “Sent-Etyen” və “Lill” klublarında çalışıb. 


Xəbər xətti