Konfrans Liqası: Ən yaxşı futbolçunun adı açıqlandı

13:55 16 Dekabr 2023

Konfrans Liqasında qrup mərhələsinin 6-cı turunun matçlarından sonra həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. 

Sportarena.az xəbər verir ki, "Makkabi"nin (Təl-Əviv) forvardı Eran Zahavi səsvermədə hamını qabaqlayıb. Təcrübəli futbolçu ilə yanaşı Josue("Legiya"), Edin Dzeko ("Fənərbaxça") Brayan Heyne ("Genk") də ən yaxşı adına namizəd idi. 

Zahavi Konfrans Liqasının altıncı turunun "Gent"lə görüşündə (3:1) dubl etmişdi.  


Digər xəbərlər

Xəbər xətti