Yassin Benzianın qolu ən yaxşıya namizəddi

10:10 15 Dekabr 2023

Avropa Liqasında həftənin qolu adına namizədlər açıqlanıb.

Sportarena.az xəbər verir ki, qrup mərhələsinin son turunun görüşlərinin ardından 4 qol fərqləndirilib. Maraqlıdı ki, siyahıda “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia da var. Onun “Hekken”lə görüşdə qolu ən yaxşı adına namizəddi.

29 yaşlı pleymeyker 2:1 hesablı qələbədə ikinci topun müəllifi olub. Digər namizədlər “Brayton”dan Joao Pedro, “Renn”dən Lorents Assinyon və “Olimpiakos”dan Daniel Podensedi.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bilinəcək. 


Digər xəbərlər

Xəbər xətti