UEFA reytinqi: Azərbaycan Rusiyanı geridə qoydu

09:00 15 Dekabr 2023

Azərbaycan UEFA reytinqində irəliləyib.

Sportarena.az xəbər verir ki, bu, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin VI turunda “Hekken” üzərində (2:1) qələbə qazanması sayəsində gerçəkləşib.

Qələbə və pley-offa yüksəlmək Azərbaycana 1 əmsal qazandırıb. Nəticədə ölkəmiz 19.125 əmsalla 28-ci pilləyə yüksəlib. Azərbaycan Ağdam klubunun sayəsində Rusiyanı geridə qoyub. Cari mövsümdəki əmsal isə 4,875-ə çatıb.

Reytinqə 100,553 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,114) ikinci, İtaliya (83.284) isə üçüncü pillədə qərarlaşıb. 


Xəbər xətti