Qurban Qurbanov: "Daha əvvəl bu şans əlimizdən qaçmışdı"

00:57 15 Dekabr 2023

“Futbolçuları, azarkeşləri təbrik edirəm. Daha əvvəl bu şans əlimizdən qaçmışdı. Bu gün hər şey gözəl sonluqla başa çatdı”.

Sportarena.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının qrup mərhələsinin son turunda “Hekken”i Bakıda 2:1 hesabı ilə məğlub edən Azərbaycan çempionu tarixində ilk dəfə turnirin pley-offuna yüksəlib.

51 yaşlı mütəxəssis qarşılaşmanın ardından təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb: “Bu cür uğur əldə etmək Azərbaycan futboluna təkan verəcək. Yaxşı komandaların Bakıya gəlməsi ancaq ölkə futboluna fayda verə bilər. 9 il əvvəl də Bakıda eyni uğura çox yaxın olmuşduq. Həmin matç daha yaxşı formalaşmağımıza kömək oldu. Böyümək üçün bunları soyuqqanlı qəbul etməliyik”.

O, pley-offdakı rəqiblərin böyük komandalar olduğunu söyləyib: “Həmin matçlara ciddi hazırlaşmaq və layiqli mübarizə aparmaq istəyirik”. 


Digər xəbərlər

Xəbər xətti