“Qarabağ” topa sahib olmada liderdi - CIES

18:04 14 Dekabr 2023

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünyanın bir çox çempionatında komandalarla bağlı statistik araşdırma aparıb.

Sportarena.az əbər verir ki, qurum komandaların topa sahib olma faizi ilə bağlı statistikalarını təqdim edib. Azərbaycan Premyer Liqasında bu baxımdan lider “Qarabağ”dı. Son çempion orta hesabla hər matçda 59 faiz topa sahib olub. Onu 55,8 faizlə “Sabah” izləyir. İlk “üçlüy”ü isə 53,8 faizlə “Neftçi” izləyir.

Topa sahib olma:
1. “Qarabağ” – 59 faiz
2. “Sabah” – 55,8
3. “Neftçi” – 53,8
4. “Zirə” – 52,2
5. “Qəbələ” – 51,5
6. “Sumqayıt” – 49,2
7. “Səbail” – 44,9
8. “Turan Tovuz” – 44,8
9. “Kəpəz” – 44,2
10. “Araz-Naxçıvan” – 43,2 


Xəbər xətti