"Qalatasaray" "Qarabağ"la yenidən üz-üzə gələ bilər

11:53 13 Dekabr 2023

Çempionlar Liqasının qrup mərhələsində son matçını keçirmiş "Qalatasaray" "Kopenhagen"ə uduzaraq avrokuboklardakı yoluna Avropa Liqada davam edəcək. 

Sportarena.az xəbər verir ki, Okan Burukun rəhbərlik etdiyi kollektiv Avropa Liqasının 1/16 finalında mübarizə aparacaq. 

"Qalatasaray" həmin mərhələdə "Qarabağ"la da üz-üzə gəlmək ehtimalı var. Belə ki, Ağdam təmsilçisi Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanarsa, "Qalatasaray" potensial rəqiblərdən olacaq.

Bu mövsüm ÇL-dən Avropa Liqasına yollanan digər komandalar isə "Benfika", "Feyenoord", "Lans", "Yanq Boyz" və “Braqa”dır. 

Avropa Liqasının pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.  


Xəbər xətti