"Tofiq Bəhramov"da bədbəxt hadisə – Fəhlə hündürlükdən yerə çırpıldı

16:20 12 Dekabr 2023

Tofiq Bəhramov adına Respublika stadionunda bədbəxt hadisə baş verib.

Sportarena.az "Pressing.az"a istinadən xəbər verir ki, hadisə uçan damın restavrasiyası zamanı baş verib.

Bu gün səhər saatlarında işini yerinə yetirmək üçün dama çıxan fəhlə ehtiyatsızlıqdan yerə yıxılıb. Hündür məsafədən beton və oturacaqlara çırpılan şəxsin vəziyyəti ağırdır. O, dərhal xəstəxanaya çatdırılıb.

Stadion rəhbərliyinin təhlükəsizliyi təmin edib-etməməsi və fəhlənin hündür yerə kəndirsiz çıxıb-çıxmaması ilə bağlı mərkəzi arenanın direktoru Tələt Məmmədovla əlaqə yaratmağa çalışsaq da, o, zənglərimizi cavabsız qoydu.

Bildirək ki, iki gün sonra "Qarabağ" "Tofiq Bəhramov"da Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində İsveçin "Hekken" komandasını qəbul edəcək. 


Xəbər xətti