İlin ən yaxşı futbolçusu adına yekun namizədlər açıqlandı - SİYAHI

15:36 12 Dekabr 2023

2023-cü ilin ən yaxşı futbolçusu adına yekun namizədlər müəyyənləşib.

Sportarena.az xəbər verir ki, “Globe Soccer Awards” bu mükafata iddia edənlərin sayını 11-ə endirib. Finalçılar Cud Bellinqem, Vinisius Junior (hər ikisi “Real”, İspaniya), Kərim Benzema (“Əl-İttihad”, Səudiyyə Ərəbistanı), Kevin De Bruyne, Erlinq Haaland, Bernardo Silva (hamısı “Mançester Siti”, İngiltərə), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi (“İnter Mayami”, ABŞ), Viktor Osimxen (“Napoli”, İtaliya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə) və Kriştianu Ronaldodu (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı).

Yanvarın 19-da baş tutacaq tədbirdə qalibin adına aydınlıq gələcək.

Qeyd edək ki, ötən bu mükafat Fransa millisinin hücumçusu Kilian Mbappeyə verilib. 


Digər xəbərlər

Xəbər xətti