“Qarabağ” – “Hekken” oyununun hakimləri açıqlandı

13:11 12 Dekabr 2023

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Hekken”lə oyununun hakimləri müəyyənləşib.

Sportarena.az xəbər verir ki, UEFA qarşılaşmanı Albaniyadan olan hakimlər briqadasına həvalə edib. Matçı Juxhin Xhaja idarə edəcək. Ona Dojando Myftari və Rejdi Avdo köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Olsion Yzeiraj yerinə yetirəcək.

İtaliyalı Luca Pairetto VAR, həmyerlisi Valerio Marini isə AVAR olacaq. Maltalı Alan Mario Sant isə hakim inspektor kimi iş başında olacaq.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hekken” görüşü saat 21:45-də başlayacaq. 


Xəbər xətti