“Qarabağ” - “Hekken” oyununa nə qədər bilet satılıb?

19:30 11 Dekabr 2023

Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Hekken” oyununa bilet satışı davam edir.

Sportarena.az xəbər verir ki, qarşılaşma üçün artıq 18 min 700 bilet satılıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 250 manatdı.

Satış məntəqələri Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu, Tofiq Bəhramov adına Respublika stadionunun kassaları və Heydər Əliyev sarayının kassalarıdı. Həmçinin “Changan Azerbaijan”da VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Qeyd edək ki, dekabrın 14-də keçiriləcək oyun saat 21:45-də başlayacaq. 


Xəbər xətti