İngiltərə çempionatı: "Mançester Siti" və "Tottenhem"dən qələbə

15:21 11 Dekabr 2023

İngiltərə Premyer Liqasında 16-cı tura yekun vurulub.

Sportarena.az xəbər verir ki, son oyun günündə 4 matç keçirilib. “Everton” "Çelsi"yə 2:0,  “Fulhem” “Vest Hem”ə 5:0, “Mançester Siti”  “Luton Taun”a 2:1, “Tottenhem” “Nyukasl”a 4:1 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, turnir cədvəlinə 37 xalla “Liverpul” liderlik edir. “Arsenal” 36 xalla 2-ci, “Aston Villa” 35 xalla 3-cü, "Mançester Siti" 33 xalla 4-cü, "Tottenhem" 30 xalla 5-cidir.

10 dekabr

"Everton" – "Çelsi" - 2:0
Qollar:
 Dukure, 54, Dobbin, 90+2

"Fulhem" – "Vest Hem" - 5:0
Qollar:
 Ximenes, 22, Villian, 31, Adarabioyo, 41, Uilson, 60, Vinisius, 89

"Luton Taun" – "Mançester Siti" - 1:2
Qollar:
 Adebayo, 45+2 – Silva, 62. Qriliş, 65

"Tottenhem" – "Nyukasl" - 4:1
Qollar
: Udoqi, 26, Riçarlison, 38, 60, Son, 85-pen – Joelinton, 90+1


Digər xəbərlər

Xəbər xətti