UEFA Azərbaycan klublarına ödəniş etdi

13:42 27 Noyabr 2023

2022/2023-cü illər mövsümündə avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası, Avropa Konfrans Liqası) çıxış edən klublar üçün UEFA tərəfindən ayrılmış əlavə ödənişlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

UEFA "Neftçi"yə 106 943.00, "Qəbələ"yə 64 166.00, "Zirə"yə isə 64 166.00 avro pul ödənişi edib. 


Digər xəbərlər

Xəbər xətti