"Tottenhem" Premyer Liqa tarixinə düşdü

10:29 27 Noyabr 2023

İngiltərə Premyer Liqasının 13-cü turunda "Tottenhem" doğma meydanda "Aston Villa"ya məğlub olub (1:2).

Sportarena.az xəbər verir ki, ev sahibi komandası üçün bu məğlubiyyət İngiltərə çempionatında ardıcıl üçüncü olub. "Tottenhem" Premyer Liqa tarixində çempionatın ilk 10 turunu məğlubiyyətsiz keçən, daha sonra isə ardıcıl 3 dəfə məğlub olan ilk komanda oldu. İngiltərə futbolunun yüksək divizionu tarixində bu, əvvəllər iki dəfə baş verib: 192401925 mövsümündə “Haddersfild Taun” və 1971-972 mövsümündə “Şeffild”. 


Xəbər xətti