İngiltərə çempionatı: "Tottenhem" öz meydanında məğlub oldu, "Mançester Yunayted" səfərdə qalib gəldi

01:25 27 Noyabr 2023

İngiltərə Premyer Liqasında XIII tura start verilib.

Sportarena.az xəbər verir ki, birinci oyun günündə 7 qarşılaşma keçirilib. Turun mərkəzi qarşılaşması Mançesterdə baş tutub. Son çempion "Mançester Siti" Mersisayd təmsilçisi "Liverpul"u qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.Turnir cədvəlində üst pillələri hədəfləyən "Çelsi" səfərdə "Nyukasl"ın qonağı olub. "Mançester Yunayted" çətin "Everton" səfərindən 3 xalla dönüb. "Tottenhem" isə doğma meydanda "Aston Villa"ya uduzub. 

 

Premyer Liqa

XIII tur

25 noyabr (şənbə)

"Mançester Siti" - "Liverpul" 1:1

"Şeffild Yunayted" - "Bornmut" 1:3

"Nottingem Forest" - "Brayton" 2:3

"Bernli" - "Vest Hem" 1:2

"Luton" - Kristal Pelas" 2:1

"Nyukasl" - "Çelsi" 4:1

"Brentford" - "Arsenal" 0:1

 

Turun digər oyunları:

 

26 noyabr (bazar)

"Tottenhem" - "Aston Villa" 1:2

"Everton" - "Mançester Yunayted" 0:3

 

27 noyabr (bazar ertəsi)

00:00. "Fulhem" - "Vulverhempton" 


Xəbər xətti