“Liverpul”lu futbolçunun atası girovluqdan xilas olub - FOTO

18:03 10 Noyabr 2023

 

“Liverpul”un ulduz futbolçusu Luis Diasın atası Luis Manuel Dias girovluqdan xilas olub.

Sportarena.az xəbər verir ki, o, azad edilərək Birləşmiş Millətlər Təşkilatının və Kolumbiyanın Valledupar şəhərindəki Katolik Kilsəsinin nümayəndələrinə təhvil verilib.

Qeyd edək ki, futbolçunun anası və atası Kolumbiyada partizan hərəkatı tərəfindən qaçırılmışdı. Hadisədən bir gün sonra hücumçunun anası tapılsa da, atasından xəbər yox idi. 

 



Xəbər xətti