"Bayer" qələbəni "Qarabağ"ın bir neçə əsas oyunçusunun zədələnməsindən sonra əldə edə bildi" - UEFA-nın rəsmi saytı

16:22 10 Noyabr 2023

UEFA-nın rəsmi saytı Avropa Liqasının H qrupunun 4-cü turunda “Qarabağ” və “Bayer” klubları arasında Bakıda keçirilmiş oyunu (0:1) haqda yazıb. 

Sportarena.az xəbər verir ki, qurum Ağdam təmsilçisinin məğlubiyyətini zədəli futbolçularla əlaqələndirib:

"Bayer" bütün turnirlərdə ardıcıl 11-ci qələbəsini qazandı. Amma bu dəfə, iki həftə əvvəlki matçda olduğu kimi füsunkar üslubda deyildi. Bu dəfə Almaniya çempionatının lideri yalnız sonda, üstəlik, Marko Vesoviç və Andrey Lunev də daxil olmaqla, “Qarabağ”ın bir neçə əsas oyunçusunun zədələnməsindən sonra əldə edə bildi. Əsas vaxta əlavə edilmiş dördüncü dəqiqədə “Bayer”in bombardiri Viktor Bonifase Maksim Medvedyevin əllə oyunundan sonra təyin edilən penaltini dəqiq yerinə yetirdi. Beləliklə, Leverkuzen klubu pley-offa vəsiqəni təmin etdi".

Bu görüşə qədər “Qarabağ” öz meydanında keçirdiyi son 13 avrokubok matçında uduzmamışdı (7 qələbə, 6 heç-heçə). 


Xəbər xətti