Avropa Liqası: “Qarabağ” son dəqiqə qolu ilə "Bayer"ə uduzdu

00:10 10 Noyabr 2023

Avropa Liqasında qrup mərhələsinin IV turunun oyunları keçirilib.

Sportarena.az xəbər verir ki H qrupunda yer alan “Qarabağ” da növbəti matçına çıxıb. Azərbaycan çempionu ötən turda Almaniyada məğlub olduğu “Bayer”lə bu dəfə Bakıda qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionda baş tutacaq görüşə saat 21:45-də start verilib. Gərgin keçən ilk hissə də qapılara qol vurulmayıb. İkinci yarının son dədiqələrində Ağdam təmsilçisinin qapısına penalti verilib. Beləliklə, Almaniya təmsilçisi yaranan fürsətdən istifadə edib və meydandan 3 xalla ayrılıb

Avropa Liqası

H qrupu, IV tur

9 noyabr

“Qarabağ” (Azərbaycan) – “Bayer” (Almaniya) 0:1

Qol: Viktor Bonifeys, 90+4

Baş hakim: Kreyq Pouson (İngiltərə)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


Xəbər xətti