Səudiyyə Ərəbistanından spirtli içkilərlə bağlı ŞOK QƏRAR

14:24 2 Noyabr 2023

Səudiyyə Ərəbistanı 2034-cü ildə qəbul edəcəyi futbol üzrə dünya çempionatı zamanı spirtli içkilərin satışına icazə verməyi planlaşdırır.

Sportarena.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Bildirilir ki, azarkeşlərə mehmanxanalarda, eləcə də xüsusi fan zonalarında spirtli içkilər almağa icazə veriləcək. Artıq dövlət səviyyəsində qərar verilib.

Xatırladaq ki, Avstraliya namizədliyini verməkdən imtina etdiyi üçün hazırda turnirə ev sahibliyi etməyə yeganə namizəd Səudiyyə Ərəbistanıdır. Buna görə də mundial sözügedən ölkədə keçiriləcək. 


Xəbər xətti