Braziliyada 21 yaşlı futbolçunu güllələdilər

12:38 2 Noyabr 2023

Braziliyalı futbolçu Felipe Dioqo güllələnərək öldürülüb.

Sportarena.az xəbər verir ki, hadisə 21 yaşlı hücumçunun bağ evində baş verib. C seriyasında çıxış edən “San Bernardo” klubunun forvardı mövsüm başa çatdıqdan sonra istirahət etmək üçün doğulduğu Ribeyrao-Pretoya gedib. Orada bir qrup şəxs tərəfindən hücuma məruz qalan oyunçu güllə yaraları alıb.

Gənc futbolçu xəstəxanaya aparılsa da, həkimlərin müdaxiləsi nəticə verməyib. 


Xəbər xətti