"Qarabağ"ın rəqibi mərhələ adladı - VİDEO

11:57 2 Noyabr 2023

Almaniya kubokunda 1/16 final mərhələsinin matçları başa çatıb. 

Sportarena.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Bayer" mərhələ adlayıb. 

Leverkuzen təmsilçisi səfərdə "Sandhauzen"lə üz-üzə gəlib və rəqibinə 5:2 hesabı ilə qalib gəlib. Belədə, "Qarabağ"ın rəqibi 1/8 finala vəsiqəni təmin edib.

Xatırladaq ki, "Qarabağ” "Bayer"ə səfərdə 1:5 uduzub. Komandalar arasında növbəti görüş noyabrın 9-da Bakıda baş tutacaq. 

 


Xəbər xətti