Mahir Emreli kubok oyunundan sonra avtoqraf payladı - FOTO

10:39 2 Noyabr 2023

Xəbər verdiyimiz kimi, Xorvatiyanın “Dinamo” klubunuda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli ötən gün ölkə kuboku matçında qol vurub.

Sportarena.az xəbər verir ki, o, “Oriolik”ə 8:0 hesabı ilə qalib gəldikləri matçda 7-ci qolun müəllifi olub. 

Oyundan sonra M.Emreliyə azarkeşlər tərəfindən böyük dəstək göstərilib. Zaqreb klubunun tərəfdarları millimizin forvardından avtoqraf alıblar.

 Mahirin avtoqraf verərkən çəkilən fotosu da sosial şəbəkələrdə paylaşılıb. 


Xəbər xətti