Mahir Emreli “Dinamo”da daha bir qol vurdu - VİDEO

20:54 1 Noyabr 2023

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” klubunun heyətində növbəti qolunu vurub.

Sportarena.az xəbər verir ki, 26 yaşlı hücumçu “Oriolik”ə qarşı ölkə kubokunun 1/8 final oyununda fərqlənib. Emreli Zaqreb təmsilçisinin heyətində ümumilikdə 7-ci qolun müəllifi olub.

Qeyd edək ki, “Dinamo” rəqibini 8:0 hesabı ilə məğlub edib. 

 


Digər xəbərlər

Xəbər xətti