Ərəb klubundan Fatih Terimə fantastik təklif

15:55 1 Noyabr 2023

Türkiyə futbolunun əfsanələrindən olan Fatih Terim Səudiyyə Ərəbistanıda çalışmağa yaxındır.

Sportarena.az xəbər verir ki, “Əl Əhli” 70 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. Bu barədə "Milliyet" nəşri məlumat yayıb.

Ərəblər təcrübəli məşqçiyə illik 20 milyon avro maaş olmaqla 3 illik müqavilə təklif edib. 

Qeyd edək ki, “Əl Əhli” yay transfer pəncərəsi zamanı heyətinə Eduard Mendi, Riyad Mahrez, Allan Sent-Maksimin, Frank Kesse, Rojer İbanes, Merih Demiral, Qabri Veqa kimi tanınmış futbolçuları cəlb edib. 


Xəbər xətti