Fələstinə dəstək olan azarkeşlərə ağır cəza verildi

14:22 1 Noyabr 2023

Şotlandiyanın “Seltik” klubunun “Yaşıl briqada” adlı azarkeş qrupu klub tərəfindən cəzalandırılıb. 

Sportarena.az xəbər verir ki, buna səbəb onların Fələstinə dəstək nümayiş etdirməsi olub. Belə ki, fanatlar “Atletiko”ya qarşı keçirilən Çempionlar Liqası matçında tribunalarda Fələstin bayraqları qaldırmışdılar.

Klub isə onlara məktub göndərərək ölkədaxili matçlara girişləri qadağan olunduğu, abunəlikləri ləğv edildiyi bildirilib. “Seltik” rəsmi açıqlama verərək “Yaşıl briqada”nın bu hərəkətinə görə UEFA tərəfindən cəzalandırıldığı qeyd olunub.  


Xəbər xətti