Messi tənqid edildi, Ronaldo bəyəndi

08:59 1 Noyabr 2023

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo "İnter Mayami"nin hücumçusu Lionel Messinin 8-ci "Qızıl top"u qazanması ilə bağlı paylaşıma reaksiya verib.

Sportarena.az xəbər verir ki, “AS” qəzetinin baş redaktorun müavini Tomas Ronsero Leonun mükafat almasını ələ salıb. O, Messinin MLS-ə karyerasını başa vurmaq üçün yollandığını bildirib. 

Bundan əlavə, ispaniyalı həmkarımız qeyd edib ki, Lionel 6 penalti sayəsində 2022-ci il dünya çempionatını qazanıb. Ronseronun fikrincə, Messi cəmi 5 “Qızıl top” qazanmalı idi, qalanlarına isə Andres İnyesta, Xavi, Robert Levandovski və Erlinq Haaland layiq olub.

Kriştiano Ronaldo isə ispaniyalı jurnalistin bu paylaşımını bəyənib, gülüş işarəsi ilə reaksiya verib.  


Xəbər xətti